SkyBee Startupı Avropa, Amerika və ərəb ölkələrində yaşayan azərbaycanlılar üçün vakant vəzifələr elan edir!

hghg

SkyBee startupı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları əməkdaşlığa dəvət edir: “Qlobal mühitdə ilk addımlarımızı atarkən, yanımızda olub, bizə dəstək olacaq peşəkar və istedadlı həmyerlilərimizlə bir araya gəlmək istəyirik. Məqsədimiz, süni zəka əsaslı dron texnologiyaları sahəsində innovativ layihələr həyata keçirərək, qısa zamanda bu sektorda lider şirkətlərdən birinə çevrilməkdir.”

SkyBee komandasına qoşulmaq istəyənlər üçün aşağıdakı vəzifələr üzrə vakansiyalar mövcuddur:

 

Direktorlar:

Chief Executive Officer (Baş İcraçı Direktor): Şirkətin ümumi rəhbərliyi, strateji istiqamətlərin müəyyənləşdirilməsi, vizyon və məqsədlərin təyin edilməsi, həmçinin yüksək səviyyəli qərarların qəbul edilməsi.

Chief Marketing Officer (Baş Marketinq Direktoru): Məhsul və şirkət brendi üzrə marketinq strategiyalarının qurulması, bazara çıxış planlarının hazırlanması, satış strategiyalarının təkmilləşdirilməsi və müştəri bazasının genişləndirilməsi.

Chief Financial Officer (Baş Maliyyə Direktoru): Maliyyə planlaması, büdcənin təşkili, maliyyə strategiyalarının qurulması, investisiyaların cəlb edilməsi, maliyyə risklərinin idarə edilməsi və şirkətin maliyyə sabitliyinin təmin edilməsi.

Chief Operating Officer (Baş Əməliyyat Direktoru): Əməliyyatların idarə edilməsi, gündəlik işlərin təşkili və işçi qüvvəsinin koordinasiyası. Əməliyyatların idarə edilməsi, gündəlik işlərin təşkili, işçi qüvvəsinin koordinasiyası və proseslərin optimallaşdırılması.

Chief Technology Officer (Baş Texnologiya Direktoru): Dron texnologiyasının, süni zəka və innovasiya işlərinin təşkili, layihənin texnoloji tərəfinin idarə edilməsi, yeni texnologiyaların tətbiqi, inkişafı, optimizasiyası, inteqrasiyası və təhlükəsizliyi.

Menecerlər:

Product Manager (Məhsul Meneceri): Məhsulun konsepsiyasının hazırlanması, istifadəçi tələblərinə uyğun dizaynın təmin edilməsi, məhsulun inkişafı və bazara çıxarılması proseslərinin idarə edilməsi.

Business Development Manager (Biznesin İnkişafı Meneceri): Yeni bazarlara daxil olmaq üçün strateji tərəfdaşlıqların qurulması, şirkətin böyüməsi üçün imkanların axtarılması və yeni biznes modellərinin inkişaf etdirilməsi.

Financial Analyst & Risk Manager (Maliyyə Analitiki & Risk Meneceri): Maliyyə risklərinin təhlili, investisiya imkanlarının qiymətləndirilməsi, maliyyə sabitliyinin təmin edilməsi və risklərin idarə edilməsi üçün strategiyaların hazırlanması.

Human Resources & Talent Acquisition Specialist (İnsan Resursları & İstedadların Cəlb Edilməsi Mütəxəssisi): Mütəxəssislərin cəlbi, komandada motivasiyanın yüksək saxlanılması, işçilərin inkişafı üçün təlim proqramlarının təşkili və insan resurslarının idarə edilməsi.

Supply Chain & Logistics Specialist (Təchizat Zənciri & Logistika Mütəxəssisi): Dronların istehsalı, paylanması və xidməti üçün təchizat zənciri və logistika proseslərinin idarə edilməsi, anbarların və daşınma sistemlərinin optimallaşdırılması.

Customer Success Manager (Müştəri Uğuru Meneceri): Müştəri ehtiyaclarının öyrənilməsi, onlarla uzunmüddətli münasibətlərin qurulması, məhsulun düzgün tətbiqinin təmin edilməsi və müştəri məmnuniyyətinin artırılması.

Sustainability & ESG Specialist (Davamlılıq & ESG Mütəxəssisi): Şirkətin ətraf mühitə, sosial məsuliyyətə və idarəetmə (ESG) prinsiplərinə uyğun fəaliyyət göstərməsinin təmin edilməsi, sürdürüləbilənlik strategiyalarının hazırlanması və tətbiqi.

Regulatory Affairs Specialist (Tənzimləmə İşləri Mütəxəssisi): Şirkətin dron texnologiyası ilə bağlı qanuni və tənzimləyici tələblərə uyğun fəaliyyət göstərməsinin təmin edilməsi, lisenziya və icazələrin alınması.

AI Ethics & Compliance Specialist (Süni Zəka Etikası & Uyğunluq Mütəxəssisi): Süni zəka modellərinin etik prinsiplərə uyğunluğunun təmin edilməsi, məlumat məxfiliyinin qorunması və qanuni tələblərə uyğunluğun yoxlanılması.

 

Tədqiqatçılar:

Lead R&D Specialist (Aparıcı Araşdırma & İnkişaf Mütəxəssisi): Yeni texnoloji məhsulların və texnologiyaların inkişaf etdirilməsi, innovativ fikirlərin tədqiqi, tətbiqi və tədqiqat layihələrinin idarə edilməsi, texnoloji trendlərin izlənməsi və şirkətin innovasiya strategiyasının formalaşdırılması.

Biologist & Entomologist (Bioloq & Həşəratşünas): Arı və digər həşəratların davranışlarının təhlili, dronların bitkilərin tozlanması prosesində təsirinin öyrənilməsi və dronların təbiətə uyğunlaşdırılması.

Agronomist & Agricultural Specialist (Aqronom & Kənd Təsərrüfatı Mütəxəssisi): Kənd təsərrüfatında dron texnologiyalarının tətbiqi zamanı bitki və torpaq sağlamlığının analizi, məhsuldarlığın artırılması üçün tövsiyələrin hazırlanması.

Ecologist & Environmental Specialist (Ekoloq & Ətraf Mühit Mütəxəssisi): Dron texnologiyasının ekoloji tarazlığa təsirini qiymətləndirərək sürdürüləbilən həllər təqdim edilməsi, ətraf mühitə minimum təsirin təmin edilməsi.

Microbubble Technology Researcher (Mikro-bubble Texnologiyaları üzrə Tədqiqatçı): Mikro-bubbles texnologiyasının tərkibi, yapışma xüsusiyyətləri və ekoloji təsirinin araşdırılması, bu texnologiyanın dronlarda tətbiqi üçün tövsiyələrin hazırlanması.

Plant Biology & Pollination Researcher (Bitki Biologiyası & Tozlanma üzrə Tədqiqatçı): Bitkilərin tozlanma prosesinin araşdırılması, bu sahədə yeni üsul və texnologiyaların tətbiqi və dronların tozlanma prosesində rolunun öyrənilməsi.

Climate Change & Agricultural Impact Researcher (İqlim Dəyişiklikləri & Kənd Təsərrüfatı Təsiri üzrə Tədqiqatçı): İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin araşdırılması, bu təsirlərin azaldılması üçün strategiyaların hazırlanması və dron texnologiyasının bu sahədə tətbiqi.

Genetics & Crop Improvement Specialist (Genetika & Bitki Təkmilləşdirilməsi üzrə Mütəxəssis): Bitki genomu və genetik təkmilləşdirmə metodlarının araşdırılması, yüksək məhsuldarlıq və müqavimətli bitki növlərinin inkişaf etdirilməsi.

Weather & Environmental Prediction Scientist (Hava & Ətraf Mühit Proqnozu üzrə Alim): Hava və ətraf mühit proqnozlarının hazırlanması, bu proqnozların kənd təsərrüfatına tətbiqi və dron texnologiyasının bu sahədə istifadəsi.

 

Proqramlaşdırma mühəndisləri:

Mobile App Developer (Mobil Tətbiq İnkişafçısı): Dronların idarə edilməsi, monitorinqi, məlumatların vizuallaşdırılması, təhlili və real vaxtda əməliyyatların idarə edilməsi üçün istifadəçi dostu mobil tətbiqlərin hazırlanması.

Web App Developer (Veb Tətbiq İnkişafçısı): Dronların idarə edilməsi, monitorinqi, məlumatların vizuallaşdırılması, təhlili və real vaxtda əməliyyatların idarə edilməsi üçün istifadəçi dostu veb tətbiqlərin hazırlanması.

UX/UI Designer (İstifadəçi Təcrübəsi Dizayneri): Dronların idarə edilməsi üçün istifadəçi dostu interfeyslərin dizaynı, istifadəçi təcrübəsinin optimallaşdırılması və vizual dizaynın yaradılması.

IoT Integration Specialist (IoT İnteqrasiya Mütəxəssisi): Dronların IoT platformaları ilə inteqrasiyası, real vaxtda məlumat toplama və təhlil imkanlarının yaradılması, avtomatlaşdırılmış sistemlərin qurulması.

Robotics Engineer (Robotexnologiya Mühəndisi): Dronların avtonom idarəetmə sistemlərinin, sensorların və robot texnologiyalarının inkişaf etdirilməsi, avtomatlaşdırılmış əməliyyatların təkmilləşdirilməsi.

Data Scientist (Məlumat Elmləri Mütəxəssisi):  Süni zəka və maşın öyrənmə modelləri vasitəsilə dronlardan toplanan məlumatların təhlili, data əsaslı qərarların tətbiqi və məlumatların vizuallaşdırılması.

AI/ML Engineer (Süni Zəka/Maşın Öyrənmə Mühəndisi): Dronların naviqasiyası, obyekt aşkarlanması və məlumat təhlili üçün süni zəka və maşın öyrənmə modellərinin hazırlanması, bu modellərin tətbiqi və optimallaşdırılması.

Cybersecurity Specialist (Kibertəhlükəsizlik Mütəxəssisi): Dron sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, kiberhücumlardan və icazəsiz girişdən qorunması, məlumat məxfiliyinin qorunması.

Hardware Security Engineer (Aparat Təhlükəsizliyi Mühəndisi): Dronların aparat səviyyəsində təhlükəsizliyini təmin etmək üçün şifrələmə və müdaxilə əleyhinə mexanizmlərin hazırlanması, təhlükəsizlik standartlarının tətbiqi.

 

Konstruksiya mühəndisləri:

3D Modeling & Simulation Engineer (3D Modelləşdirmə & Simulyasiya Mühəndisi): Dronların dizaynı, test edilməsi, performans optimallaşdırılması və simulyasiyası üçün 3D modellərin hazırlanması.

Aerodynamics & Drone Frame Specialist (Aerodinamika & Dron Üzlükləri Mütəxəssisi): Dronların aerodinamik dizaynının optimallaşdırılması, üzlüklərin yüngül və davamlı olmasının təmin edilməsi, uçuş effektivliyinin artırılması.

Materials Scientist & Engineer (Materialşünas & Material Mühəndisi): Dronlar üçün yeni materialların tədqiqi, inkişafı və tətbiqi, yüngül, davamlı və ekoloji cəhətdən təmiz materialların seçimi.

Nanomaterials Engineer (Nanomateriallar Mühəndisi): Dronlar üçün yüksək performanslı nanomaterialların tədqiqi və tətbiqi, bu materialların dronların effektivliyinin artırılması üçün istifadəsi.

Additive Manufacturing (3D Printing) Specialist (3D Çap Mütəxəssisi): Dron hissələrinin 3D çap texnologiyası ilə istehsalı, dizayn optimallaşdırılması, prototiplərin hazırlanması, materialların seçimi və istehsal proseslərinin təkmilləşdirilməsi.

Molding & Injection Engineer (Qəlibləmə & İnyeksiya Mühəndisi): Kütləvi istehsal üçün qəlibləmə texnologiyalarının optimallaşdırılması, plastik və metal komponentlərin qəliblənməsi, istehsalı, keyfiyyətə nəzarət və proseslərin təkmilləşdirilməsi.

Composite Materials Engineer (Kompozit Materiallar Mühəndisi): Karbon lifli, bioplastik və digər yüksək möhkəmlikli materialların işlənməsi, dronların dayanıqlılığının artırılması və yüngülləşdirilməsi.

Prototyping & Testing Engineer (Prototipləşdirmə & Test Mühəndisi): Dron hissələrinin prototiplərinin hazırlanması, test edilməsi və performans qiymətləndirilməsi, istehsal prosesində keyfiyyətə nəzarət.

Quality Control & Assurance Specialist (Keyfiyyətə Nəzarət & Təminat Mütəxəssisi): Dron hissələrinin istehsal prosesində keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi, keyfiyyətə nəzarət proseslərinin idarə edilməsi.

Industrial Painter & Coating Specialist (Sənaye Boyama & Örtük Mütəxəssisi): Dron gövdəsinin aerodinamik xüsusiyyətlərini qoruyan yüngül və davamlı örtüklərin tətbiqi, boyama proseslərinin idarə edilməsi.

Mechanical Assembly Engineer (Mexaniki Montaj Mühəndisi): Dronların son montajı, yoxlanması, estetik görünüşünün təmin edilməsi, montaj proseslərinin optimallaşdırılması, keyfiyyətə nəzarət və texniki problemlərin həlli.

Technical Writer & Documentation Specialist (Texniki Yazıçı & Sənədləşdirmə Mütəxəssisi): Məhsul təlimatları, texniki sənədlər və istifadəçi təlimatlarının hazırlanması, sənədləşdirmə standartlarının tətbiqi.

 

Elektronika mühəndisləri:

Avionics Engineer (Avionika Mühəndisi): Dronlar və PUA-lar üçün elektron sistemlərin dizaynı və inkişafı, hardver və proqram təminatı ilə uyğun inteqrasiyanın təmin edilməsi, sistemlərin test edilməsi və performans optimallaşdırılması.

Flight Control Systems Engineer (Uçuş İdarəetmə Sistemləri Mühəndisi): Avtonom dron əməliyyatları üçün uçuş idarəetmə alqoritmlərinin hazırlanması, real vaxtda uçuş dinamikasının idarə edilməsi və təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsi.

RF & Communication Systems Engineer (RF & Rabitə Sistemləri Mühəndisi): Rabitə sistemlərinin dizaynı, optimallaşdırılması və etibarlı məlumat ötürülməsinin təmin edilməsi, siqnal keyfiyyətinin yaxşılaşdırılması, məlumat şifrələməsinin tətbiqi və sistemlərin uyğunluq testlərinin aparılması.

PCB Design Engineer (Plata Dizayn Mühəndisi): Dronlar üçün elektron plataların (PCB) dizaynı, layihələndirilməsi və optimallaşdırılması, elektromaqnit uyğunluğunun (EMC) təmin edilməsi, prototiplərin hazırlanması və istehsal proseslərinin dəstəklənməsi.

Embedded Systems Engineer (Yerləşdirilmiş Sistemlər üzrə Mühəndisi): Dronlar üçün xüsusi çip və prosessorların hazırlanması, mikroelektronika və sensor texnologiyalarının inkişaf etdirilməsi və enerji effektivliyinin optimallaşdırılması.

Mechatronics Engineer (Mekatronika Mühəndisi): Dronların mexaniki, elektron və proqram təminatı sistemlərinin inteqrasiyası, avtomatlaşdırılmış sistemlərin qurulması, sensor və aktuator sistemlərinin optimallaşdırılması.

Battery & Power Systems Engineer (Batareya & Enerji Sistemləri Mühəndisi): Dronların enerji sistemlərinin hazırlanması, enerji idarəetmə sistemlərinin dizaynı, batareya effektivliyinin təmin edilməsi və enerji ehtiyatlarının idarə edilməsi.

 

Aviasiya mühəndisləri:

Navigation & GPS Systems Engineer (Naviqasiya & GPS Sistemləri Mühəndisi): Naviqasiya sistemlərinin dizaynı, inteqrasiyası və dəqiq mövqeləndirmə ilə marşrut planlaşdırılması, real vaxtda məlumat emalı, sistemlərin test edilməsi və təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsi.

Aerial Robotics Engineer (Hava Robotları Mühəndisi): Aviasiya robotlarının inteqrasiyası və idarə edilməsi, avtomatlaşdırılmış əməliyyatlarla uçuş funksionallığının təkmilləşdirilməsi, sensor və aktuator sistemlərinin optimallaşdırılması, real vaxtda idarəetmə və sistemlərin test edilməsi.

Field Test Engineer (Sahə Test Mühəndisi): Dronların real şəraitdə sınaqdan keçirilməsi, performans qiymətləndirilməsi və problemlərin aşkarlanması, test nəticələrinin təhlili, təkmilləşdirmə tövsiyələrinin hazırlanması və təhlükəsizlik tədbirlərinin tətbiqi.

Training & Support Specialist (Təlim & Dəstək Mütəxəssisi): İstifadəçilər üçün dron texnologiyasının tətbiqi ilə bağlı təlim proqramlarının təşkil edilməsi və texniki dəstəyin təmin edilməsi, təlim materiallarının hazırlanması, istifadəçi geri bildirimlərinin təhlili və təlim proqramlarının təkmilləşdirilməsi.

Autonomous Flight Systems Engineer (Avtonom Uçuş Sistemləri Mühəndisi): Avtonom uçuş əməliyyatları üçün uçuş sistemlərinin inkişaf etdirilməsi, avtomatlaşdırılmış sistemlərin tətbiqi, real vaxtda qərar vermə alqoritmlərinin optimallaşdırılması və sistemlərin təhlükəsizliyinin təmin edilməsi.

Payload Integration Engineer (Yük İnteqrasiya Mühəndisi): Müxtəlif sensor, kamera və digər ağırlıqları düzgün inteqrasiya etməklə dronların yük daşıma qabiliyyətinin optimallaşdırılması, yük balansının tənzimlənməsi, sistemlərin test edilməsi və performans qiymətləndirilməsi.

 

Son müraciət tarixi: müraciətlər 18 mart 2025-ci il tarixinə qədər qəbul olunacaq.

Əlaqə məlumatları:

E-poçt: info@skylifeindustry.com

Telefon: +994502514651

 

#skybee #bee #pollination #pollinationprocess #crop #beecrisis #foodsecurity #globalfoodcrisis #sustainability #environment #nature #ecology #agriculture #research #science #entrepreneurs #stakeholders #market #business #industry #global #investment #investors #angelinvestors #venture #venturecapital #techstartup #startup #startupideas #startuplife #startuppitch #startupworld #startupfunding #innovative #innovation #drone #uav #robot #AI #bigdata #technology #hightech #beetech #deeptech #greentech #agritech #techtrends #technews #techfortomorrow #future #futurefarming #smartfarming #opportunity #championship #champion #crowd #crowdfunding #kickstarter #indiegogo #changes #AI #IoT #artificialintelligence #smart #app #mobilapp #digital #SaaS #TuralIsmayilzadeh #TuralIsmayilzade

Share this post