Azərbaycan gənclərinin texnoloji uğurlar əldə etməsinə dəstək olmaq məqsədilə sizi tamamilə ödənişsiz 3 aylıq intensiv hazırlıq proqramına və 25 günlük Dünya Texnologiya Turuna dəvət edirik.

tech traveler

Azərbaycan gənclərinin də dünya səviyyəsində texnoloji uğurlar əldə etməsinə dəstək olmaq üçün tamamilə ödənişsiz 3 aylıq intensiv hazırlıq proqramı, həmçinin texnoloji gənclərlə 25 günlük Dünya Texnologiya Turu elan edirik.

 

Proqram nə təklif edir?

Bu 3 ay ərzində:

  • Hər iştirakçı süni intellekt, dronlar, PUA-lar, robototexnika, alternativ enerji, kosmik tədqiqatlar və digər sahələr üzrə şəxsi startap layihəsini formalaşdıracaq;
  • Hər layihə üçün fərdi dizayn edilmiş modellər, animasiya təqdimatları və real prototiplər hazırlanacaq və sınaqdan keçiriləcək;
  • İştirakçılar həm öz, həm də digər komanda yoldaşlarının layihələrində aktiv şəkildə iştirak edərək,  bir çox sahədə bilik və bacarıqlarını inkişaf etdirəcək və qısa zamanda böyük təcrübə toplayacaqlar: investisiya təkliflərinin, startap pitch decklərin, bazar araşdırmalarının hazırlanması, texnoloji məhsul modellərin yaradılması, 3D çap, mexaniki yığım, boya işləri, proqramlaşdırma və sınaqlar;
  • İştirakçılar beynəlxalq çempionatlarda investorlar və jüri qarşısında çıxışa səhnə performansı baxımından hazırlanacaq;
  • Hər bir iştirakçı stend təqdimatı bacarıqları üzrə təcrübə toplayacaq və texnologiya tədbirlərində layihəsini effektiv tanıda biləcək;
  • Proqram çərçivəsində iştirakçılar beynəlxalq çempionatların final mərhələlərinə vəsiqə qazanaraq, dünya çempionu olmaq şansı əldə edəcəklər;
  • Proqram sonunda iştirakçılara tövsiyə məktubu və sertifikat təqdim olunacaq – bu sənədlərlə dünyanın TOP 100 universitetlərindən təqaüdlə qəbul almaq daha əlçatan olacaq. Artıq 10-dan çox tələbəmiz ABŞ, Kanada, İngiltərə, İtaliya, Macarıstan və Yaponiyada təqaüdlə təhsil alır.

25 günlük Dünya Texnologiya Turu

Proqram iştirakçıları ilə birlikdə ABŞ, Avropa və ərəb ölkələrini əhatə edən 25 günlük geniş texnoloji səfərə çıxacağıq:

  • Dünyanın texnologiya sahəsində ən qabaqcıl 15 ölkəsinə səfərlər edəcəyik;
  • Səfərimizi daha maraqlı, məhsuldar və yadda qalan etmək üçün 8-10 ölkəni əhatə edəcək Avropa turunu əsasən qatarla həyata keçiriləcək;
  • Olduğumuz hər ölkədə startap inkubasiya mərkəzlərində yerli eko-sistem üzvləri ilə və tanınmış bir çox startapçılar və texnologiya qurucuları ilə görüşlər təşkil olunacaq;
  • Qlobal investorlar, texnologiya liderləri, startap mentorları ilə birbaşa ünsiyyət imkanı yaradılacaq ki, iştirakçılar öz layihələrini və məhsullarını onlara təqdim edib, investisiya ala biləcəklər;
  • Layihəsi yüksək potensiala malik olan iştirakçılara crowdfunding (kütləvi maliyyə toplama) dəstəyi veriləcək (bəzi hallarda $300,000 – $1,000,000 arası vəsait toplamaq mümkündür).

Kimlər müraciət edə bilər?

  • 15-30 yaş aralığında olan hər kəs fərdi və ya komanda şəklində müraciət edə bilər;
  • Öz ideyanızın və ya məhsulunuzun olması vacib deyil – yüzlərlə futuristik texnoloji layihəm mövcuddur, müəllif hüquqlarım qorunmaqla istifadə edə bilərsiniz;
  • Ən əsas şərt: istəkli olmaq, öyrənməyə açıq olmaq və dünyaya meydan oxumağa hazır olmaqdır! Bu, qarşılaşdığım ən ciddi problemdir.

Vacib qeydlər:

  • Komandamızın və tələbələrimizin 50%-ni xanımlar təşkil edir. Xanım iştirakçılar üçün heç bir maneə yoxdur – bu istiqamətdə tam dəstək göstərilir!
  • Proqram tamamilə ödənişsizdir – təlim və mentorluq xidmətləri pulsuzdur.
  • İştirakçılar sadəcə aşağıdakı xərcləri özləri qarşılayacaq:
    • Səfər (aviabilet, yaşayış, qidalanma),
    • Viza, viza dəstəyi və digər səyahət sənədləri,
    • Prototiplərin hazırlanması üçün əsas material xərcləri,
    • Beynəlxalq çempionatlarda iştirak haqqı (ölkə və tədbirə görə dəyişir).

Vacib tarix:

İyunun 2-dək viza və digər rəsmi proseslərə başlamaq üçün sənədlərin təqdim olunması tələb olunur. Proqrama qatılmaq istəyənlər bu tarixə qədər bizimlə əlaqə saxlamalıdırlar.

 

Sahibkarlar üçün çağırış:

Çox istərdim ki, 5-10 sahibkar da bu proqrama qoşulsun. Biz Gdansk (27 may, Polşa), Bolonya (4 iyun, İtaliya), London (9-12 iyun, İngiltərə), San Fransisko (18 iyun, ABŞ), Tokio (5 iyul, Yaponiya) və bir çox yerlərdə keçirilən mötəbər tədbirlərə dəvət olunmuşuq. Dünya turuna sizlər də qoşulub, həm bu sahədə təcrübənizi artıra, həm dünya texnologiya eko-sistemi ilə tanış ola, həm də regionda innovasiyaların istehsalında öz brendinizi yaradarıq, fərqliliyin yaşanmasına təkan verə bilərsiniz. Bu, yeni ideyaların doğması və fərqli düşüncə tərzinin yayılması üçün əvəzsiz fürsətdir.

Hazırda ölkəmizdə texnoloji sahibkarlığln gələcəyi ciddi sual altındadır, bunun səbəbi isə innovativ çeşidliyin olmamasıdır, bu isə işsizlik probleminin artmasının əsas səbəblərindən biridir. Mənim portfoliomda yüzlərlə gələcəyə yönəlik texnoloji layihə var. Hər bir sahibkar birini reallaşdırmaqla, böyük gəlir və sosial təsir əldə edə bilər.

Texnologiya yalnız kompüterlər və proqramlardan ibarət deyil — bu, sabaha yazdığımız mirasdır. Bir toxum əkirsinizsə, bir ağac yetişir. Amma bir texnoloji ideyaya dəstək verirsinizsə, bütöv bir meşə böyüyür – startaplar, ixtiralar, innovasiyalarla dolu bir gələcək.

Bugün atacağınız bir addım, sabah yüzlərlə gəncin iş yeri, minlərlə insanın rifahı və ölkəmizin qlobal səhnədə parlayan adı ola bilər. Bir körpü inşa edin – ideyadan uğura gedən körpü! Yeni nəsil texnoloji bizneslər qurmaqla siz yalnız gəlir əldə etmirsiniz – siz bir gələcək qurursunuz.

Kapitalınızı yalnız maddi sərvətə deyil, insan potensialına yatırın – çünki bu sərmayənin qazancı yalnız balansda deyil, gələcəyin özündə görünəcək. Hər dəstək verdiyiniz ideya, gələcəkdə bir fabrik, bir ixtira, bir brend kimi geri dönəcək. Dünya Texnologiya Turuna və 3 aylıq Proqrama qatılmaqla, bir çoxlarının yalnız TV-də gördüyü texnoloji ekosistemə birbaşa toxunacaqsınız.

Unutmayın, hər böyük inkişafın arxasında bir cəsarətli sahibkar dayanır. O sahibkar siz ola bilərsiniz!

 

Sabaha ümid bəsləyən hər gəncə və onun arxasında duran ailəyə:

Əziz gənclər! İdeyanızı ifadə etməkdən çəkinməyin. Ən uğurlu bizneslər zamanında ciddiyə alınmayan fikirlərdən yaranıb. Ən böyük şəxsiyyətlər, çox zaman həyat yollarında tək qalanlardır – çünki əsl uğur, ətrafınızdakı hər kəsin sizdən ümidini kəsdiyi an başladığınız mübarizənin nəticəsidir. Uğur, kütlənin sizi anlamadığı, ancaq sizin özünüzə inandığınız zaman gəlir.

Əziz valideynlər! Övladlarınızın qarşısını kəsməyin. Onların böyük uğurlar qazanması üçün onları dəstəkləyin. Unutmayın, ən sağlam ağac belə, meşədə ən möhkəm köklərə sahib olsa da, əgər iri və kölgə salan ağacların budaqları altında yerləşibsə, boy atmaqda çətinlik çəkəcək. Bu da bir gerçəyi göstərir: bir gəncin potensialı nə qədər güclü olsa da, əgər onun qarşısı ailə, cəmiyyət və ya çevrə tərəfindən alınırsa, inkişafı mümkünsüzləşə bilər. Gənclərimizin böyüməsi və dünyaya açılması üçün onların qarşısına sədd yox, dəstək qoymalıyıq.

Əgər bir zamanlar torpaq uğrunda döyüşürdüksə, bu gün beyin uğrunda yarışdayıq. Gənclərimizin kod yazdığı barmaqları, sabah ölkəmizin texnoloji gələcəyini formalaşdıracaq. Valideynlər, bir diplom üçün deyil, bir ixtira üçün övladınızı yönləndirin. Onlara dəstək olun ki, o diplomlar divardan asılmaq üçün yox, dünyanı dəyişmək üçün istifadə edilsin.

Bu, sadəcə bir proqram deyil – bu, bir millətin beyin inqilabıdır. İndi qərar verin: izləyici olmaq istəyirsiniz, yoxsa tarixin texnoloji dönüş nöqtəsində yazanlardan biri?

 

Əlaqə üçün:

+994 50 251 46 51
tural@skylifeindustry.com
https://skylifeindustry.com